İstanbulda partlayış: yaralılar var (Yenilənib)

İstanbulda partlayış: yaralılar var (Yenilənib)
  06 Oktyabr 2016    Oxunub:2436
İstanbulda baş vermiş partlayış nəticəsində yaralıların sayı 10 nəfər çatıb.
Bu barədə İstanbul valisi Vasip Şahin bildirib. Vali yaralıların vəziyyətinin ağır olmadığını deyib.

***

İstanbul valisi Vasip Şahin bildirib ki, partlayış içərisində bomba yerləşdirilmiş motosikletin partladılması nəticəsində törədilib.

Vali partlayış nəticəsində 5 nəfərin yaralandığını açıqlayıb.

O, qeyd edib ki, partlayışın gücündən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşəsi sınıb.

***

İstanbulda növbəti dəfə partlayış törədilib.

AzVision.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə İstanbulun Şirinevler rayonunda yerləşən polis mərkəzi yaxınlığında baş verib.

Belə ki, polis mərkəzi yaxınlığında bomba yüklü avtomobil partladılıb. Hadisə nəticəsində çoxlu sayda insan yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır. Yaralıların hamısı xəstəxanalara çatdırlıb.

Partlayışın gücündən yaxınlıqdakı binaların, mağazaların və avtomobillərin pəncərələrinin şüşəsi sınıb. Polisin partlayışı törətməkdə şübhəli sayılan 1 nəfəri axtardığı bildirilir.

Partlayış baş verən əraziyə xüsusi təyinatlı polislər cəlb olunub.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti