`Metyu` faciəsi - 300-dən çox ölü

`Metyu` faciəsi - 300-dən çox ölü
  07 Oktyabr 2016    Oxunub:1533
Haitinin Cənub departamentində “Metyu” qasırğası qurbanlarının sayı 300-ü keçib.
Anadolu agentliyinin məlumatına görə, haitili rəsmilər sürəti saatda 233 kilometrə çatan qasırğada həlak olanların sayının getdikcə daha da artacağını söyləyirlər. “Metyu” qasırğasının ölkədə 2010-ci ildəki zəlzələdən sonra baş verən ən böyük fəlakət olduğu bildirilir.

Birləşmiş Millətlər Təşkilatının rəsmiləri isə qasırğanın infrastruktur, kənd təsərrüfatı və evlərdə ağır həsadlara yol açdığını, təxminən 350 min insanın bu təbii fəlakətdən zərərə çəkdiyini qeyd ediblər.

“Metyu” qasırğasının səhər saatlarında ABŞ-ın Florida, daha sonra isə Corciya, Şimali və Cənubi Karolina ştatlarına çatacağı bildirilir. ABŞ prezidenti artıq Şimali və Cənubi Karolina ştatlarında fövqəladə vəziyyət rejimi elan edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti