Ruslar ermənilərlə birgə təlimlərə başladı

Ruslar ermənilərlə birgə təlimlərə başladı
  07 Oktyabr 2016    Oxunub:1969
Rusiya və Ermənistan hərbçiləri “Alagəz” yüksək dağ poliqonunda döyüş atışları ilə müşayiət olunacaq birgə taktiki təlimlər keçirəcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, təlimlər Rusiya və Ermənistan birləşmiş qoşun qruplaşmasının komandanı general-mayor Andranik Makaryanın ümumi rəhbərliyi altında keçiriləcək.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələrinin Baş Əməliyyat və Taktiki İdarəsinin nümayəndə heyəti iyulda Ermənistana səfər edib. Səfərin məqsədi Rusiya və Ermənistan Silahlı Qüvvələrinin birləşmiş qoşun qruplaşması haqqında müqavilənin imzalanmasına dair yekun müzakirənin və hazırlıq işinin aparılması olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti