Almaniyadan Rusiyaya daha bir zərbə

Almaniyadan Rusiyaya daha bir zərbə
  07 Oktyabr 2016    Oxunub:1740
Almaniya Suriyadakı vəziyyətlə bağlı Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunması imkanını nəzərdən keçirir.
AzVision.az xəbər verir ki, bu barədə “Süddeutsche Zeitung”-a müsahibəsində Bundestaqın xarici əlaqələr üzrə komitəsinin rəhbəri Norbert Retqen bildirib.

“Hələbdəki hərbi cinayətlərin nəticələri və buna reaksiyanın olmaması sadəcə qalmaqaldır”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın “The Wall Street Journal” Almaniya Rusiya əleyhinə sanksiyaların tətbiqinin mümkünlüyünü nəzərdən keçirdiyini yazmışdı.

Buna səbəb Rusiyanın Suriya siyasətidir: “Angela Merkelin idarə etdiyi hökümət Moskvanın Suriyada öz siyasətini dəyişmək üçün mümkün variantları nəzərdən keçirir. Hazırda gündəmdə olan məsələ Avropa İttifaqının Rusiyaya qarşı yeni iqtisadi sanksiyaların tətbiq edilməsidir. Kağız üzərində olan sankisyalara tam hazır deyil. Eyni zamanda alman deputatların yeni sanksiyalara müansibəti də müzakirə mövzusudur”.

Bununla yanaşı Almaniya XİN nümayəndəsi Martin Şefer bildirib ki, Suriyadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların tətbiqi hələlik müzakirə olunmur.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti