Rusiyanın `S-300`ləri ABŞ-ı qorxuya salıb

Rusiyanın `S-300`ləri ABŞ-ı qorxuya salıb
  07 Oktyabr 2016    Oxunub:1842
Pentaqon Rusiyanın Suriyada “S-300” zenit-raket sistemlərinin yerləşdirməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərini həyata keçirməkdə davam etdirəcək.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Piter Kuk bildirib.

“Ekipajlarımızın fəaliyyətini daha təhlükəsiz etmək üçün biz bütün lazımi addımları atmaqda davam edəcəyik”, - deyə Kuk qeyd edib.

Kuk “S-300” komplekslərinin kimə tuşlandığına dair suala cavabında vurğulayıb ki, Suriyada olan terror qruplaşmaları aviasiyaya malik deyil və jurnalistlərdən qeyd olunan sualı Rusiya tərəfinə yönəltməyi xahiş edib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti