Neftimizin qiyməti 53 dollara yaxınlaşır

Neftimizin qiyməti 53 dollara yaxınlaşır
  07 Oktyabr 2016    Oxunub:1446
Azərbaycan neftinin qiyməti 52 dolları keçib.
AzVision.az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 0,71 dollar və ya 1,36% bahalaşaraq 52,69 dollar təşkil edib. Dünya bazarlarında isə neft ucuzlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,05 dollar azalaraq 50,39 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,07 dollar azalaraq 52,44 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti