Ermənistanda polis rəisi işdən çıxarıldı

Ermənistanda polis rəisi işdən çıxarıldı
  07 Oktyabr 2016    Oxunub:1865
Ermənistanın polis rəisi Vladimir Qasparyan ölkə üzrə yol polisinin rəisi Armen Akopyanının işdən çıxarılması ilə bağlı qərar verib.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Johovurd” qəzeti yazıb.

“Bu barədə əmrin yaxın günlərdə dərc olunacağı gözlənilir. Biz Ermənistan polisinin mətbuat xidmətinin rəhbəri Aşot Aqoryandan bu məlumatı dəqiqləşdirmək istədik. Aqoryan bu faktı təkzib etdi. Lakin burada diqqəti çəkən bir məqam var ki, Ermənistan yol polisi rəisi Armen Akopyanın telefonu iki gündür sönülüdür. Onu hətta öz həmkarları belə tapa bilmir”, - deyə nəşr yazır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti