`Rusiya ilə müharibə qaçılmazdır` - ABŞ generalı

`Rusiya ilə müharibə qaçılmazdır` - ABŞ generalı
  07 Oktyabr 2016    Oxunub:14540
ABŞ və Rusiya arasında genişmiqyaslı müharibənin olması ehtimalı yüksəkdir.
AzVision.az “The İndependent”-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın quru qoşunları komandanı Mark Milli Pentaqonda seminar zamanı bildirib.

ABŞ ordusunun qərargah rəsinin müavini Cozef Anderson bəyan edib ki, ABŞ kənardan təcavüzkarlıqla köklənmiş (qurulmuş) dövlətlərin təhlükəsi ilə qarşılaşır. O, həmçinin vurğulayıb ki, Çinlə münaqişə ehtimal da olduqca yüksəkdir.

“Rusiya və Çinin texnoloji nailiyyətləri ABŞ-ı hələ Koreya müharibəsi dövründən belə görülməyən zorakılığa hazırlaşmağa məcbur edib”, - deyə general Uilyan Hiks bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti