Pakistanda partlayış: 4 ölü, 13 yaralı

  07 Oktyabr 2016    Oxunub : 551
Pakistanda partlayış: 4 ölü, 13 yaralı
Pakistanda Ravalpindi-Kvetta sürət qatarında dəmir yoluna yerləşdirilmiş bombaların işə düşməsi nəticəsində iki partlayış baş verib.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, partlayışlar nəticəsində ilkin məlumata əsasən 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Polisin məlumatına görə, dəmir yoluna yerləşdirilən bombalar qatar Bəlucistan əyalətinin Bolan dairəsindən keçərkən işə düşüb. Hadisə ilə bağlı istintaq aparılır.

AzVision.az

Teqlər: