FETÖ ilə bağlı Bakıya mühüm sənədlər göndərildi

FETÖ ilə bağlı Bakıya mühüm sənədlər göndərildi
  07 Oktyabr 2016    Oxunub:2430
Türkiyənin Ali Məhkəməsi FETÖ terror təşkilatı ilə əlaqədar Azərbaycana çox mühüm sənədlər göndərib.

AzVision.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, sənədlərdə Fətullah Gülənin “Hizmət” təşkilatının TANAP kimi enerji layihələrini hədəf almasını göstərən Milli İstihbarat Təşkilatının (MİT) hesabatı var.

Məlumata görə, sorğu əsasında Ankara, İstanbul və İzmir baş prokurorluqları başda olmaqla Türkiyənin ədliyyə orqanları əllərindəki materialları Yarğıtay Baş prokurorluğuna təqdim edib. Habelə Hakimlər və Prokurorlar Yüksək Şurası da FETÖ-nun Azərbaycandakı fəaliyyətinə dair sənədləri verib. Bundan əlavə Milli İstihbarat Təşkilatı (MİT) “FETÖ-Azərbaycan hesabatı” adlı sənədi Yarğıtay Baş prokurorluğuna təqdim edib. Həmin hesabatda FETÖ-nun beynəlxalq miqyasda fəaliyyəti və istifadə etdiyi metodlar, Türk Cümhuriyyətlərində necə təşkilatlanması, terror təşkilatı üçün ən kritik ölkələrdən birinin də Azərbaycan olması barədə danışılır.

MİT hesabatında fətullahçıların Azərbaycanda və digər ölkələrdə enerji layihələrini necə yönləndirməyə çalışması göstərilib. Ötən günlərdə Baş Prokurorluğa göndərilən sənədlərdə FETÖ-nün Azərbaycanda təhsil quruluşu üzrə azı 28 təşkilatlanmasının olduğu vurğulanıb.

Sənədlərdə FETÖ-yə üzvü olduğu üçün haqlarında axtarış qərarı çıxarılan və Türkiyəyə ekstradisiyası tələb edilənlərin siyahısı da var.

AzVision.az


Teqlər:  





Xəbər lenti