ABŞ-da rus casusları tutuldu - Peskov danışmadı

ABŞ-da rus casusları tutuldu - Peskov danışmadı
  07 Oktyabr 2016    Oxunub:2668
ABŞ polisi Denver şəhərində Rusiyanın xeyrinə casusluq etməkdə şübhəli bilinən iki şəxsi saxlayıb.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, saxlanılan şəxslər 27 yaşlı Aleksey Barışev və 33 yaşlı Dmitri Karpenkodur. Onlar Rusiya vətəndaşlarıdır.

ABŞ prokurorluğunun məlumatına görə, bu şəxslər lisenziyalaşdırma sistemindən keçməməklə texnoloji olaraq ən yeni mikroelektronikanı ABŞ istehsalçılarından və tədarükçülərindən alaraq Rusiyaya idxal etməyə çalışıb.

Rusiya prezidenti Vladimir Putinin mətbuat köməkçisi Dmitri Peskov xəbəri şərh eləməkdən imtina etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti