Saakaşvili hakimiyyətə səsləndi: `Heç nədən qorxmayın`

Saakaşvili hakimiyyətə səsləndi: `Heç nədən qorxmayın`
  07 Oktyabr 2016    Oxunub:1983
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili videomüraciətində ölkənin Silahlı Qüvvələri və polis güclərinə müraciət ünvanlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “Qruziya Online” məlumat yayıb.

“Hər bir dövlət aparatının əməkdaşına müraciət edirəm ki, onlar üçün heç bir təhlükə yoxdur. Dövlət institutumuzla fəxr edirəm. Əgər Gürcüstan son 20 ildə müstəqil olubsa, bu sizin xidmətinizdir. Həmçinin, Gürcüstan Silahlı Qüvvələri və polis nümayəndəlinə də müraciət etmək istəyirəm. Mən sizin hər birinizlə fəxr edirəm və siz Gürcüstan dövlətinə xidmət etməyi davam etdirməli, gürcü xalqı ilə birgə olmalısınız”, - deyə Saakaşvili vurğulayıb.

Sabiq prezident eyni zamanda indiki hakimiyyətə müraciət edərək, onları heç nədən qorxmamağa çağırıb: “Hazırki hakimiyyət və sabahkı siyasi müxalifətə demək istəyirəm ki, sizdə heç nədən qorxmamalısınız. Bizim məqsədimiz keçmişə baxmaq, kimisə təqib etmək deyil. Bizim sizə cavabımız sürətli inkişaf və çiçəklənmə olacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti