Nazir Kuba səfiri ilə vidalaşdı

Nazir Kuba səfiri ilə vidalaşdı
  07 Oktyabr 2016    Oxunub:1719
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kubanın Azərbaycandakı səfiri Omar Senon Medina Kinteronu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən AzVision.az- verilən məlumata görə, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Azərbaycanın hal-hazırda QH-nin üçlüyünə daxil olduğunu, 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçiriləcəyini və ölkəmizin 2019-2022-ci illərdə QH-yə sədrlik edəcəyini qeyd edib.
Nazir Elmar Məmmədyarov səfir Omar Senon Medina gələcək fəaliyyətində uğurlar arzu edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti