Gürcüstanda parlament seçkiləri keçirilir

Gürcüstanda parlament seçkiləri keçirilir
  08 Oktyabr 2016    Oxunub:2017
Oktyabrın 8-də yerli vaxtla saat 8:00-da Gürcüstan parlamentinə və Acarıstan Muxtar Respublikasının Ali Sovetinə seçkilər başlayıb.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Tamar Jivaniya bildirib ki, 3,53 milyon seçici bu gün 150 deputatı seçməlidir. Onlardan 77 nəfəri proporsional, 73 nəfəri isə majoritar qaydada seçiləcək.

Səsvermə saat 20:00-da başa çatacaq.

Deputatlığa namizədlər əsas 25 subyekt - 19 siyasi partiya və 6 seçki bloku tərəfindən həm proporsional, həm də bu subyektlərin təşəbbüs qrupları tərəfindən majoritar qaydada irəli sürülüb.

Səsvermənin gedişini yerli müşahidəçilərlə yanaşı, 55 beynəlxalq təşkilatdan 1440 müşahidəçi izləyəcək.

Azərbaycanlı deputatlar Sabir Hacıyev AŞPA, Əli Məsimli GUAM PA, Əflatun Amaşov və Hikmət Məmmədov isə Milli Məclisin xətti ilə səsvermənin gedişini müşahidə edəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti