Saakaşvili Gürcüstana köçmək qərarından vaz keçdi

Saakaşvili Gürcüstana köçmək qərarından vaz keçdi
  08 Oktyabr 2016    Oxunub:2201
Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili vətəninə bir dəfəlik qayıtmaq niyyətində deyil.
AzVision.az “112 Ukrayna”ya istinadən xəbər verir ki, Saakaşvili fəaliyyətini Ukraynada davam etdirəcəyini bildirib.

“Mən bura qastrol səfərinə gəlməmişəm. Döyüş meydanını tərk edə bilmərəm. Lakin birmənalı olaraq seçkilərdən sonra Gürcüstana gedəcəyəm, öz ölkəmə kömək edəcəyəm. Öz hesabıma məzuniyyət götürəcəyəm və yaxın günlərdə hər hansı bir proseslərə cəlb olunacağam”, - deyə Saakaşvili vurğulayıb.

Sabiq prezident bəyan edib ki, seçkilərdən sonra maneəsiz şəkildə Gürcüstana gedib-gələ biləcək: “Bütün polislərin, silahlı qüvvələrin bizim tərəfimizdə, yəni dövlətçilik və qanunvericiliyin tərəfində olduğu vaxt heç kim mənə barmağını da toxundura bilməz”.

Saakaşvili çıxışında Ukraynada yaşayacağını, Gürcüstana köçməyəcəyini vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti