`WikiLeaks` Klintonun seçki sirrlərini yaydı – Qalmaqal

`WikiLeaks` Klintonun seçki sirrlərini yaydı – Qalmaqal
  08 Oktyabr 2016    Oxunub:4776
WikiLeaks portalı Hillari Klintonun seçki qərərgahının rəhbəri Con Podestanın məktublarını yayımlayıb.

AzVision.az xəbər verir ki, məktubların yayımlanan ilk hissəsində 2060 elektron yazışma və onlara qoşulmuş 170 fayl var. Məktublar nüvə energetikası, Klintonun fonduna ianələr və s. ilə bağlıdır.

Yayımlanan məktublar ilə BURADAN tanış olmaq mümkündür.

Qeyd edək ki, oktyabrın əvvəlində WikiLeaks-in rəhbəri Culian Assanc 10 həftə ərzində ABŞ-da seçkilərlə bağlı 1 milyon sənəd açıqlayacaqlarını bildirmişdi.

Demokratlar məlumatların oğurlanmasına görə rusiyalı hakerləri günahlandırıblar. Assanc isə bunu inkar edib.

Yada salaq ki, oktyabrın 7-də ABŞ prezidentinin adminstrasiyası da rusiyalı hakerləri Demokrat partiyasına hücumlarda ittiham etmişdi. O zaman Kreml bu ittihamları “boş şey” adlamdırmışdı.

Tariyel
AzVision.az


Teqlər:  





Xəbər lenti