Türkiyə ordusu İŞİD-in 82 obyektini məhv edib
Endirilən zərbələr nəticəsində 14 bina, o cümlədən qruplaşmanın komanda məntəqələri, silah-sursat anbarları və atəş mövqeləri dağıdılıb. Yerüstü hərbi əməliyyatların gedişində Azad Suriya Ordusunun 2 döyüşçüsü həlak olub, 9-u isə yaralanıb. Türkiyə əsgərləri arasında itki yoxdur.
“Fərat Qalxanı” əməliyyatının başladığı vaxtdan indiyədək ümumilikdə 119 yaşayış məntəqəsi yaraqlılardan təmizlənib, 1010 kvadratkilometr ərazi Azad Suriya Ordusunun nəzarəti altına keçib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


