Gürcüstanın 34 seçki dairəsində 2-ci tur keçiriləcək

Gürcüstanın 34 seçki dairəsində 2-ci tur keçiriləcək
  10 Oktyabr 2016    Oxunub:1385
Gürcüstanda keçirilən 8 oktyabr parlament seçkilərinin ikinci turunda iştirak edən majoritar seçki dairələrin adı məlum olub.
AzVision.az Gürcüstanın Mərkəzi Seçki Komissiyasına istinadən xəbər verir ki, ölkənin regiondakı 51 majoritar dairəsindən 34 dairədə ikinci tur keçiriləcək. Həmin dairələrin 32-də “Gürcü Arzusu” və “Vahid Milli Hərəkat” partiyalarından irəli sürülən majoritar namizədlər iştirak edəcək.

Digər iki dairədə isə “Gürcü Arzusu” və “Azad Demokratlar”, həmçinin “Sənayeçilər” tərəfindən irəli sürülən majoritar namizədlər deputatlıq uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, 1-ci turda 17 majoritar seçki dairələrində seçkilər yekunlaşıb. Birinci turun siyahısına görə, azərbaycanlıların kompakt yaşadığı 31 nömrəli Qardabani, 35 nömrəli Marneuli, 33 nömrəli Bolnisi, 32 nömrəli Tetriskaro-Qardabani, 34 nömrəli Tsalqa-Dmanisi və digər majoritar seçki dairələrdə seçkilər yekunlaşıb və səslər hesablanıb.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti