Tbilisi prospektində magistral yolun bir hissəsi açılır

Tbilisi prospektində magistral yolun bir hissəsi açılır
  13 Avqust 2013    Oxunub:1384
Tbilisi prospektinin 20 Yanvar qovşağından Salamzadə küçəsinədək olan hissəsində qaz xətlərinin çəkilişi başa çatıb
Bu gün Bakının Tbilisi prospektinin 20 Yanvar qovşağından Salamzadə küçəsinədək olan hissəsində qaz xətlərinin çəkilişi bitib və həmin hissədə hərəkət bir neçə dəqiqəyə açılacaq.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, eyni zamanda bu hissə bir neçə gündən sonra yeni asfalt örtüyünün salınması üçün bağlanacaq.


Teqlər:





Xəbər lenti