Baş nazir Türkiyəni təhdid etdi

Baş nazir Türkiyəni təhdid etdi
  10 Oktyabr 2016    Oxunub:1756
İraq baş naziri Haydar əl İbadi türk qoşunlarının Mosul şəhərinin İŞİD terrorçulardan azad edilməsi əməliyyatına qatılmasına icazə verməyəcəklərini bəyan edib.
Bu barədə AzVision.az “Hürriyet” qəzetinə istinadən xəbər verir.

Baş nazir Türkiyəni təhdid edərək bildirib ki, İraqda olan Türkiyə hərbi qüvvələrinə yerlərindən qımıldamamağı məsləhət görür. İbadi Türkiyənin İraqda hərbi qüvvə saxlamaq yönündə israrını təəccüblə qarşıladığını da söyləyib.

Qeyd edək ki, İraq Başika hərbi düşərgəsindəki Türkiyə hərbçilərinin çıxarılması üçün BMT Təhlükəsizlik Şurasına şikayət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti