Binəli Yıldırım Medvedevlə görüşəcək

Binəli Yıldırım Medvedevlə görüşəcək
  10 Oktyabr 2016    Oxunub:1124
Türkiyənin baş naziri Binəli Yıldırım Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşəcək.
AzVision.az xəbər verir ki, bunu Türkiyənini baş naziri Binəli Yıldırım “Sputnik”ə müsahibəsində deyib. Onun sözlərinə görə, artıq qarşı tərəflə görüş barədə razılıq əldə edilib:

`Yaxın zamanda Rusiyanın Baş naziri Dmitri Medvedevlə görüş keçirəcəyik. Biz telefon danışığı zamanı müvafiq qərarları qəbul etmişik. Rusiya ilə əlaqələri inkişaf etdirmək üçün hərtərəfli addımlar atırıq. Münasibətlərimiz bundan sonra da inkişaf edəcək. Bu, mərhələli prosesdir, hər şeyi bir gündə bərpa etmək mümkün deyil. Ancaq proses gözlədiyimizdən daha sürətli gedir" - B.Yıldırım bildirib.

O, görüşün hazırlanması üzrə texniki işlərin getdiyini vurğulayıb: `Görüş zamanı ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşları, ticarət, energetika, nəqliyyat və kənd təsərrüfatı sahəsində əməkdaşlıq müzakirə olunacaq. Bundan başqa, oktyabrın 10-da İstanbulda Rusiya-Türkiyə hökumətlərarası komissiyasının iclası keçiriləcək. Görüşümüzün gündəliyi bu iclaslar zamanı müəyyən olunacaq”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti