Şahzadə öldü

Şahzadə öldü
  13 Avqust 2013    Oxunub:1179
Qar uçqununa düşən şahzadə Frizo 1.5 ildir komada idi
Hollandiyada dağ-xizək kurortunda aldığı xəsarətdən sonra il yarım komada qalan şahzadə İohan Frizo vəfat edib. Bu barədə məlumatı Niderland sarayının rəsmiləri açıqlayıb. Məlumata görə, 44 yaşlı Frizo bu gün səhər vəfat edib. Ötən gün isə həyat yoldaşı, şahzadə Mabel 45-ci doğum gününü ərinin yanında keçirib.

Xatırladaq ki, kral ailəsinin üzvü olan şahzadə 2012-ci il fevralın 12-də Avstriyanın qərbində qar uçqununa düşüb. 20 dəqiqəyə yaxın qar kütləsi altında qalan Frizo sonradan Avstriya hospitalında daha sonra isə London klinikasında müalicə alıb.


Teqlər:





Xəbər lenti