Sarkisyan qubernatorları istefaya göndərir

Sarkisyan qubernatorları istefaya göndərir
  10 Oktyabr 2016    Oxunub:1734
Ermənistanda qubernatorlar arasında kütləvi istefaların olacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, bütün vilayət administrasiya rəhbərləri sabah prezident iqamətgahına dəvət olunub. Danışqların mövzusu daha əvvəl siyasi dairələrdə müzakirə olunan qubernatorlardan bəzilərinin istefası olacaq.
“İsefaya göndəriləcək qubernatorlar arasında Ararat vilayətinin rəhbəri Rubik Abramyan, Armavir vilayətinin rəhbəri Aşot Kaqramyan, Lori vilayətinin rəhbəri Artur Nalbandyanın da adları var”, -deyə yazıda bildirilir.

Ararat vilayətinin rəhbəri Rubik Abramyanın istefaya göndəriləcəyi birmənalıdır. Onun yerinə sabiq ətraf mühitin qorunması naziri Aramis Qriqoryanın təyin olunacağı bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti