`TANAP-ı da uğurla həyata keçirəcəyik` – Binali Yıldırım

`TANAP-ı da uğurla həyata keçirəcəyik` – Binali Yıldırım
  10 Oktyabr 2016    Oxunub:1689
Türkiyənin enerji ticarəti mərkəzi olması üçün aparılan işlər davam etdirilir.
AzVision.az-ın məlumatına görə, bu barədə İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresində çıxış edən Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.

Yıldırım bildirib ki, Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərlərinin mövcudluğundan məmnundur: “Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsini də uğurla həyata keçirəcəyik. Cənub Qaz dəhlizi layihəsinin onurğasını isə TANAP layihəsi təşkil etməkdədir”.

2023-cü ildə Türkiyənin enerjiyə ehtiyacının bugünkündən 2 dəfə artıq olacağını deyən Binali Yıldırım regional layihələrin həyata keçirilməsində Türkiyənin öz üzərinə düşən vəzifələri yerinə yetirəcəyini vurğulayıb. B. Yıldırım enerji səbətinə nüvə enerjisini mənbələrini də əlavə etdiklərini də deyib: "Ümumi enerji istehsalının 10 faizi nüvə stansiyaları hesabına başa gələcək. İki nüvə layihəmiz var. Yeni nüvə stansiyası gündəmdədir. Enerji olmadan inkişafdan, təhsildən sohbət gedə bilməz".

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti