`Neft və qaza olan tələbat durmadan artır` - Putin

`Neft və qaza olan tələbat durmadan artır` - Putin
  10 Oktyabr 2016    Oxunub:1566
Neft və qaza olan tələbat artmaqda davam edir.
AzVision.az-ın məlumatına görə, bu barədə İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresində çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.

“Düzdür əvvəlki kimi olmasa da, neft və qaza olan tələbat artmaqda davam edir. Ənənəvi enerji resurslarına tələbat nəyinki, Çin, Hindistan kimi böyük ölkələrdə avtomobilləşdirmə və elektrikləşdirmə hesabına, hətta neft və qaz - kimya məhsullarının insan həyatının müxtəlif sahələrinə nüfuzu hesabına artır.Neftin qiyməti iki dəfədən çox aşağı düşəndə, çoxları deyirdi ki, karbohidrogen erası bitmək üzrədir, alternativ enerji mənbələrinə istiqamətlənmək lazımdır. Fikrimcə, hələlik belə nəticəyə gəlmək üçün real əsas yoxdur”.

Putin əlavə edib ki, mövcud vəziyyətdə neftin qiymətində sabitliyin yaranması üçün hasilatın məhdudlaşdırılmasının düzgün bir addım olduğunu düşünürük: `Bununla bağlı Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin cəhdlərini dəstəkləyirik`.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti