İranla İraqın nazirləri OPEC-in iclasına gəlməyəcək

İranla İraqın nazirləri OPEC-in iclasına gəlməyəcək
  10 Oktyabr 2016    Oxunub:1550
ran və İraq enerji nazirləri XXIII Dünya Enerji Konqresi çərçivəsində İstanbulda keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşündə iştirak etməyəcək.
AzVision.az “hürriyet.com”a istinadla xəbər verir ki, İran və İraq enerji nazirlərinin bu gün İstanbulda OPEC-ə üzv və qeyri-OPEC neft istehsalçılarını bir araya gətirən Dünya Enerji Konqresində iştirak etməyəcək.

OPEC-ə yaxın mənbələr görüşün kartelə üzv və qeyri-üzv ölkələrin hamısının iştirak edəcəyi yığıncaq olmadığını və daha çox ikitərəfli danışıqlar formatında keçiriləcəyini bildiriblər. Qeyri-rəsmi yığıncaqda hər hansı bir qərarın qəbul ediləcəyi nəzərdə tutulmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti