Ərdoğan Putinlə görüşdü - Tarixi saziş imzalandı

Ərdoğan Putinlə görüşdü - Tarixi saziş imzalandı
  11 Oktyabr 2016    Oxunub:13331
İstanbulda Türkiyə və Rusiya prezidentləri arasında görüş keçirilib.
AzVision.az TASS-a istinadən xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresindən sonra Beşiktaşdakı Yıldız Sarayı Mabeyn Köşkündə bir araya gəliblər. Qapalı keçirilmiş görüş iki saata yaxın çəkib.

Tərəflər arasında əvvəlcə geniş tərkibdə görüş olub. Daha sonra liderlər arasında təkbətək görüş gerçəkləşib. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Hülusi Akar da iştirak edib.

Daha sonra Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb. Sənədi iki ölkənin Energetika nazirləri imzalayıb. İmzalanma mərasimində Türkiyə və Rusiya prezidentləri iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti