Gürcü parlamentində 3 partiyanın deputatları olacaq

Gürcü parlamentində 3 partiyanın deputatları olacaq
  11 Oktyabr 2016    Oxunub:1286
Gürcüstan parlamentinə keçirilən seçkilərlə əlaqədar səslər hesablanıb.
AzVision.az -ın Qruziya Online-a istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında bildirilir.

MSK-nın məlumatına görə,hakim "Gürcü arzusu" partiyası səsələrin 48,65 faizini, müxalifətdə olan "Milli Birlik Hərəkatı" 27,21 fazini toplayıblar. Beş faizli baryeri keçən siyasi təşkilatlardan biri də "Gürcüstan Vətənsevərlər Alyansı"dır.

Yeni parlamentdə hakim “Gürcü arzusu” 48,8%, “Vahid Milli Hərəkat” Partiyası 27,1% və “Vətənpərvərlər Alyansı” 5,006% səslərlə təmsil olunacaqlar.

Qeyd edək ki, Gürcüstanda keçirilən parlament seçkilərində 19 partiya iştirak edib. Gürcüstan parlamentinin dəqiq tərkibi bir çox birmandatlı dairələrdə keçirilən ikinci turdan sonra məlum olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti