İmişlidə ev yanaraq külə döndü

İmişlidə ev yanaraq külə döndü
  11 Oktyabr 2016    Oxunub:952
İmişlidə yanğın hadisəsi qeydə alınıb.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, İmişli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 140 m² olan birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti