Rusiya ABŞ-la dialoqdan imtina etmir - Rəsmi

 Rusiya ABŞ-la dialoqdan imtina etmir - Rəsmi
  11 Oktyabr 2016    Oxunub:1263
Rusiya Suriya böhranı ilə əlaqədar ABŞ-la dialoqdan imtina etmir.
Bunu Rusiya müdafiə nazirinin müavini Anatoliy Antonov bəyan edib.

"Rusiya bundan sonrada ardıcıl olaraq Suriyada terrorla mübarizə aparacaq və vəziyyətin gərginləşməməsi üçün çalışacaq. Biz ABŞ-la dialoqdan imtina etmirik, lakin dialoqu yalnız bərabərlik və qarşılıqlı hörmət əsasında aparmağa hazırıq. Münasibətlərimiz BMT-də, qurumun Təhlükəsizlik Şurasında, digər beynəlxalq təşkilatlar çərçivəsində davam edəcək", deyə Antonov bildirib.

Xatırladaq ki, oktyabrın 3-də rəsmi Vaşinqton Rusiya ilə Suriya üzrə ikitərəfli əməkdaşlığı dayandırıb. (Apa)

AzVision.az


Teqlər:  





Xəbər lenti