`Metyu` qurbanlarının sayı 27-yə çatıb

`Metyu` qurbanlarının sayı 27-yə çatıb
  11 Oktyabr 2016    Oxunub:1398
ABŞ-da "Metyu" qasırğası qurbanlarının sayı 27-yə çatıb.
AzVision.az NBC telekanalına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində Şimali Koralinada 11 nəfər, digər şəxslər isə Corciya, Florida və Cənubi Koralina ştatlarında ölüb.

Məlumata əsasən, ölkənin bir milyon sakini elektrik enerjisiz qalıb. Corciya ştatında 124 min istehlakçı elektrik enerjisiz və istiləşdirici qurğusuzdur. Cənubi Karolina ştatının qubernatoru Nikk Heyli əyalətin 13 dairəsində fövqəladə vəziyyətin elan olunması ilə bağlı ABŞ prezidenti Barak Obamaya müracət edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti