Rusiya: Azərbaycan Suriyaya yardım göndərir

Rusiya: Azərbaycan Suriyaya yardım göndərir
  11 Oktyabr 2016    Oxunub:2025
Çin, Azərbaycan, Serbiya, Hindistan, Qazaxıstan Suriyaya humanitar yardım göndərməyi planlaşdırır.

AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Pekində keçirilən Syanşan Təhlükəsizlik forumunda çıxışı zamanı Rusiya müdafiə nazirinin müavini Anatoli Antonov bildirib.

Nazir müavini vurğulayıb ki, Rusiyanın təşəbbüsü ilə Hələbdə genişmiqyaslı humanitar əməliyyat başlayıb. Rusiya rəsmisi beynəlxalq birliyi bu səyləri dəstəkləməyə çağırıb.

“Rusiyanın Suriyadakı işinin əhəmiyyətli hissəsindən biri də bu ölkənin xalqına humanitar yardım göstərilməsidir. Son vaxtlar biz Suriyanın Hələb şəhəri yaxınlığında genişmiqyaslı humanitar əməliyyat keçiririk. Beynəlxalq birliklərə, aparıcı ölkələrin Müdafiə Nazirliklərinə Rusiyanın təşəbbüsünü qoşulmaqla bağlı müraciət ünvanlamışıq. Bizi Belarus dəstəkləyib. Çin, Azərbaycan, Serbiya, Hindistan, Qazaxıstan da humanitar yüklər göndərməyi planlaşdırır”, -deyə Rusiya Müdafiə Nazirliyinin rəsmisi bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti