Neftimizin qiyməti 54 dollara yaxınlaşır

Neftimizin qiyməti 54 dollara yaxınlaşır
  11 Oktyabr 2016    Oxunub:1564
Azərbaycan neftinin bahalaşması davam edir.
AzVision.az xəbər verir ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,12 dollar və ya 2,13% artaraq 53,76 dollar təşkil edib.
Dünya bazarında neft ucuzlaşıb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,12 dollar azalaraq 51,23 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,10 dollar azalaraq 53,04 dollar olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti