Aİ-Azərbaycan alt komitələrinin iclası bu həftə Bakıda keçiriləcək

Aİ-Azərbaycan alt komitələrinin iclası bu həftə Bakıda keçiriləcək
  11 Oktyabr 2016    Oxunub:1007
Avropa İttifaqı-Azərbaycan alt komitələrinin iclasları bu həftə Bakıda keçiriləcək.
Aİ-nin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən AzVision.az verilən məlumata görə, bu həftə üç alt komitənin iclası baş tutacaq.

Belə ki, oktyabrın 12-də ədliyyə, azadlıq, təhlükəsizlik üzrə alt komitənin, oktyabrın 13-də insan hüquqları üzrə alt komitənin, oktyabrın 14-də isə insanlar arasında əlaqə alt komitəsinin iclası keçiriləcək.

Aİ-Azərbaycan alt komitələrin iclasları zamanı tərəflər arasında müvafiq sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti