Nazarbayev Bakıdan İrəvana gedəcək

Nazarbayev Bakıdan İrəvana gedəcək
  11 Oktyabr 2016    Oxunub:1861
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistana rəsmi səfərə gedəcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə oktyabrın 13-də baş tutacaq.

Nazarbayev İrəvan səfərindən bir gün öncə - oktyabrın 12-də Azərbaycana gələcək.

Qeyd edək ki, oktyabrın 14-də İrəvanda Kollektiv Təhlükəsizlik Müdafiəsi Təşkilatı ölkələrinin Şura iclası keçiriləcək. İclasda Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan prezidentləri iştirak edəcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti