Bu gün Ermənistanda kütləvi istefalar olacaq

Bu gün Ermənistanda kütləvi istefalar olacaq
  11 Oktyabr 2016    Oxunub:1765
Bu gün Ermənistanda qubernatorlar arasında kütləvi istefaların olacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti xəbər yayıb.

Nəşrin məlumatına görə, bütün vilayət administrasiya rəhbərləri bu gün prezident iqamətgahına dəvət olunub. Danışqların mövzusu daha əvvəl siyasi dairələrdə müzakirə olunan qubernatorlardan bəzilərinin istefası olacaq.

“İsefaya göndəriləcək qubernatorlar arasında Ararat vilayətinin rəhbəri Rubik Abramyan, Armavir vilayətinin rəhbəri Aşot Kaqramyan, Lori vilayətinin rəhbəri Artur Nalbandyanın da adı var”, -deyə xəbərdə bildirilir.

Ararat vilayətinin rəhbəri Rubik Abramyanın istefaya göndəriləcəyi birmənalıdır. Onun yerinə sabiq ətraf mühitin qorunması naziri Aramis Qriqoryanın təyin olunacağı gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti