Nazarbayev xəstələndi - Bakı səfəri təxirə salınır?

Nazarbayev xəstələndi -  Bakı səfəri təxirə salınır?
  11 Oktyabr 2016    Oxunub:2198
Qazaxıstan prezidenti Nursultan Nazarbayev xəstələnib. O, hazırda soyuqdəymə ilə əlaqədar müalicə alır.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin saytına məlumat yerləşdirilib.

Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistana rəsmi səfərə gedəcək. Səfər Ermənistan prezidenti Serj Sarkisyanın dəvəti ilə oktyabrın 13-də baş tutacaq.

Nazarbayev İrəvan səfərindən bir gün öncə - oktyabrın 12-də Azərbaycana gələcək.

Nazarbayevin səhhəti ilə əlaqədar İrəvan və Bakı səfərlərini təxirə salıb-salmayacağı açıqlanmayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti