`Rza Zərrab günahsız yerə həbsdə yatır` - Tatlısəsdən dəstək

`Rza Zərrab günahsız yerə həbsdə yatır` - Tatlısəsdən dəstək
  11 Oktyabr 2016    Oxunub:2562
Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs ABŞ-da həbs edilən Azərbaycan əsilli iş adamı Rza Zərraba dəstək nümayiş etdirib.
AzVision.az -ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Tatlısəs sosial şəbəkədəki səhifəsində Rza Zərrabın günahı olmadan həbsxanada saxlanıldığını yazıb.

“Başım getsə də, yenə yalan danışmaram. Mən sizə nə vaxt yalan danışdım ki, indi də bunu təkar edim? Mən sizlərə həmişə doğrunu demişəm. Heç vaxt yalan danışa bilmərəm. 17-15 dekabr əməliyyatları zamanı Rza qardaşımı oğru adlandırdılar. Həmin vaxt mən dedim ki, əgər Rza oğurdursa, demək mən də oğruyam. Bəs nəticə necə oldu? Mən dediyim oldu. 17-25 avqust əməliyyatlarının həqiqətləri hər kəsə məlum olur. Demək ki, sizin İbonuz yalan danışmayıb. Allah onu qorusun.

Rza ABŞ-da günahı olmadan həbsdə yatır. Yenə deyirəm ki, ilahi ədalət gec-tez öz yerini tapacaq. Mən Allahın təkliyinə necə inanıramsa, bunun da belə olacağına əminəm. Allah böyükdür!”-, deyə İbrahim Tatlısəs qeyd edib.

Xatırladaq ki, Rza Zərrab ABŞ-ın Mayami şəhərində həbs olunub. 33 yaşlı milyarder İrana tətbiq olunan sanksiyaları pozaraq ABŞ-ı aldatmaq, bank saxtakarlığı və çirkli pulların yuyulmasında ittiham olunur.

Martın 19-da tutulan R.Zərrab barəsində Mayami məhkəməsi tərəfindən həbs qərarı çıxarılıb. Onunla birlikdə Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşı da həbs olunub. Bu ittihamlara görə R.Zərraba 75 il həbs cəzası istənilir.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti