Ermənistanda 131 deputatdan 16-sı milyonçudur

Ermənistanda 131 deputatdan 16-sı milyonçudur
  11 Oktyabr 2016    Oxunub:1440
Müstəqil “Parliament Monitoring” qrupu Ermənistanda deputatların gəlir və əmlak bəyyanamələrini açıqlayıb.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, qrupun açıqladığı məlumata əsasən Ermənistan parlamentində əyləşən 131 deputatdan 16 nəfəri milyonçudur.

Rəsmi məlumatlara əsasən vəzifəli şəxslərin əmlak və gəlirləri haqqında bəyannamələrdə göstərilir ki, Ermənistanda milyonçuların sayı 14 nəfərdir. Onların pul vəsaitinin ümumi həcmi təxminən 223 mln. dollardır: “Göstəricilər rəsmi bəyanatların yalan olduğunu göstərir”.

Qeyd olunub ki, Ermənistan prezidenti Serj Sarkisyan və onun xanımının bəyan etdiyi vergi gəlirlərinə əsasən onların 2014-cü ildə qazancı 235 milyon dramı keçib. Lakin ötən il isə onların gəlirləri azalıb - 123 milyonu ötüb.

Eyni zamanda əhalinin yaşam səviyyəsi gizlədilən xəbərlərin sırasındadır. Belə ki, rəsmi məlumatlara əsasən 2015-ci ildə Ermənistanda əhalinin 30 faizi (yəni, 10 sakindən üçü kasıbdır) yoxsulluq səviyyəsində yaşıyır. Yəni 3 milyonluq əhalisi olan Ermənistanın 1 milyonu yoxsuldur. Lakin Dünya bankı tərəfindən açıqlanan məlumatlara görə, 2015-ci ildə Ermənistanda yoxsul əhalinin sayı 76 faizi (gündə 5 dollar qazanc) ötüb.

Digər yalan xəbər isə insanların orta aylıq gəlirləri ilə bağlıdır. Orta aylıq nominal əmək haqqı 2016-ci ilin iyulunda dövlət təhsil müəssisələrində 122 min dram təşkil edib. Bir halda ki, bu rəqəm dövlət maliyyə və sığorta təşkilatlarında 90 min dram qeyd edilib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti