Martirosyanın sərvəti üzə çıxdı: Lüks maşınlar, evlər...

Martirosyanın sərvəti üzə çıxdı: Lüks maşınlar, evlər...
  11 Oktyabr 2016    Oxunub:6081
Ermənistanın yeni nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vaan böyük sərvətə malik olduğu üzə çıxıb.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, o, gəlir bəyannaməsində iki mənzilinin, torpaq sahəsinin, ictimai əhəmiyyətə malik binasının, qaraj, bağ və şəxsi evinin olmasını göstərib.

Martirosyanın “Mercedes-Benz S 350 L”, “Merceses-Benz S 500 L 4 Matic” və “Posche Panamera GTS 4.8” markalı avtomobilləri də var.



Yeni nazirin 50 min dram məbləğində səhmləri mövcuddur. Martirosyan, həmçinin 26 milyon 129 min dramlıq, 627 min 926 dollar və 321 min 966 avro dəyərində mülkə sahibdir.

Bu ilin 8 ayı ərzində nazir 56 milyon 157 min dram gəlir əldə edib ki, onun da cəmi 1 milyon 440 min dramı yeni nazirin əmək haqqısıdır. Digər vəsait isə icarədən gələn vəsait və ya dividentlər kimi göstərilib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti