Sarksiyanın `sağ əli` istefa verib, müxalifətə keçdi

Sarksiyanın `sağ əli` istefa verib, müxalifətə keçdi
  11 Oktyabr 2016    Oxunub:4807
Ermənistan prezidenti Serj Sarkisyanın parlamentdəki daimi nümayəndəsi, Prezident Aparatının sədr müavini Viktor Dallakyan vəzifəsindən istefa verib.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, jurnlaistlərə açıqlama verən deputat aktiv siyasətə qoşulacağını bəyan edib:

“Mən özüm istefa verdim. Bildirirəm ki, Ermənistanın hakim Respublika Partiyasının üzvlüyündən çıxıram və fəal siyasətə qayıdıram”.

V. Dallakyan 2017-ci ildə keçiriləcək parlament seçkilərində aktiv iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Xarici ölkələrin Ermənistandakı səfirlərinə müraciət edən V. Dallakyan bugünkü çıxışından sonra onun, yaxud ailə üzvlərinin başına hər hansı hadisə gəlsə, buna görə Ermənistan prezidenti Serj Sərkisyanın məsuliyyət daşıyacağını vurğulayıb.

Qeyd edək ki, bir müddət öncə mətbuatda Viktor Dallakyan tərəfindən "Şrdjadarts" (Dönüş) partiyasının yaradılacağı barədə yazılar dərc olunub. Bildirilib ki, partiyaya Ermənistanın sabiq müdafiə naziri Seyran Ohanyan sədrlik edəcək.

Hakim Respublika Partiyasında bunu mümkünsüz hesab etsələr də, S. Ohanyanın prezident Serj Sarkisyandan küsülü olduğu üçün ayrıldığı deyilir. Şayiələrə görə, yeni partiya Rusiya mənbələri tərəfindən maliyyələşdiriləcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti