General və 5 cangüdəni öldürüldü

General və 5 cangüdəni öldürüldü
  11 Oktyabr 2016    Oxunub:2576
Somalinin paytaxtı Moqadişoda terrorçu-kamikadzenin hücumu nəticəsində general Robl Cimal Qobanl və onun 5 cangüdəni həlak olub.
AzVision.az xarici KİV-ə istinadla xəbər verir ki, terrorçu bomba yüklənmiş avtomobili generalın Müdafiə Nazirliyinin Moqadişoda yerləşən binası qarşısındakı maşınının yaxınlığında partladıb.

Hücumun qurbanı olan generalın ölkədə fəaliyyət göstərən “Aş-Şabab” terror qruplaşması ilə mübarizə aparan Somali ordusunun üçüncü korpusunun komandiri olduğu bildirilir.

Terror aktına görə məsuliyyəti “Aş-Şabab” qruplaşması üzərinə götürüb.

AzVision.az


Teqlər:





Xəbər lenti