Trampla bağlı vacib qərar verildi

Trampla bağlı vacib qərar verildi
  11 Oktyabr 2016    Oxunub:2215
ABŞ-da Respublikaçılar Partiyası Donald Trampın prezidentliyə namizədliyini dəstəkləməyə davam edəcək.
AzVision.az `RİA Novosti`-yə istinadən xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının Milli Komitəsinin sədri Reyns Pribas deyib.

“Münasibətimizdə heç nə dəyişməyib və biz bütün səviyyələrdə seçki kampaniyasına cəlb olunmuşuq. Kampaniyanın aparılması barədə birlikdə qərar veririk”, - deyə Pribas qeyd edib.

Pribas Trampın partiyanın dəstəyini itirməsi barədə məlumatları şayiə adlandırıb. Onun sözlərinə görə, digər namizədin axtarılması barədə söhbət belə olmayıb.

Xatırladaq ki, D. Trampın 11 il əvvəl qadınlar barədə təhqiramiz ifadələrinin əks olunduğu videoçarx ABŞ-da rezonansa səbəb olub.

Tramp seçki kampaniyasını davam etdirəcəyini bəyan edib. ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti