Ərdoğan baş nazirə əsəbiləşdi: `Mənim səviyyəmdə deyilsən`

Ərdoğan baş nazirə əsəbiləşdi: `Mənim səviyyəmdə deyilsən`
  11 Oktyabr 2016    Oxunub:3737
Türkiyənin Suriya və İraqda terror təhlükəsinə qarşı mübarizə aparması üçün heç kimdən icazə almasına ehtiyacı yoxdur.
AzVision.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, “Fərat qalxanı” əməliyyatı çərçivəsində müxalif Azad Suriya Ordusu ilə birgə Suriyada Cerablus və Çobanbəy qəsəbələri terrorçulardan azad edilib: “Orada PKK terror təşkilatının Suriya qolu olan PYD-ni yerləşdirməyə çalışırlar. Bizə söz verdilər ki, əməliyyatdan sonra PYD oradan çıxacaq. Ancaq sözlərini yerinə yetirmirlər. Ona görə də Türkiyə öz maraqları çərçivəsində Suriyada addımlar atmağa davam edəcək”.

Ərdoğan, həmçinin İraqın baş naziri Heydər əl-Abadinin onun haqqında dediyi fikirlərə münasibət bildirib: “İraqın baş naziri məni təhqir edir. Sən mənim tərəf-müqabilim deyilsən, mənim səviyyəmdə deyilsən, İraqda çığırıb-bağırmağın bizim üçün heç önəmli deyil, biz bildiyimizi edəcəyik. Sən kimsən? İraq baş naziri. Öncə həddini bil. Məhz İraqın razılığı ilə Mosul yaxınlığındakı Başika düşərgəsinə Türkiyə hərbçiləri yerləşdirilib. Bu gün deyirlər ki, Türkiyə hərbçilərini oradan çıxarsın. Türkiyə sizin sözünüzlə hərəkət etməyəcək”.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti