Vulkan 3000 nəfəri didərgin saldı

Vulkan 3000 nəfəri didərgin saldı
  13 Avqust 2013    Oxunub:1780
İndoneziyada Rukatena vulkanının püskürməsi nəticəsində 6 nəfər həlak olub, 3000 nəfər evini itirib.
Yaxınlıqdakı bir yaşayış məntəqəsi lavanın altında qalıb. Vulkanın əmələ gətirdiyi toz dumanı göy üzündə qatı bulud təbəqəsi əmələ gətirib. Bölgəyə yüzlərlə təhlükəszilik əməkdaşı cəlb olunub.

Onlar hələ də təhlükə altında olan yüzlərlə insanı evuakasiya etməyə çalışır. Bütün xəbərdarlıqlara baxmayaraq, bəzi sakinlər evini tərk etmək istəmir. Qeyd edək ki, 2010-cu ildə Yava adasında baş verən vulkan püskürməsi 350 nəfərin həyatına son qoyub.

S.Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti