İranın vitse-prezidenti qadın oldu

  13 Avqust 2013    Oxunub : 596
İranın vitse-prezidenti qadın oldu
İranda ilk dəfə qadın vitse-prezident postuna təyin edilib.
AzVision.az İnterfaks-a istinadən bildirir ki, İran prezidenti Həsən Ruhani Elham Əminzadəni hüquqi məsələlər üzrə vitse-prezident postuna təyin edib.

“E.Əminzadə lazımi elmi biliklərə, hüquqi hazırlığa, qanunvericilik sahəsində təcrübəyə və yüksək mənəvi keyfiyyətlərə malikdir” - Ruhaninin imzaladığı fərmanda qeyd edilib.

Qeyd edək ki, E.Əminzadə əvvəllər milli təhlükəsizlik və xarici siyasət üzrə parlament komitəsinin üzvü olub. O, eyni zamanda Tehran universitetinin hüquq fakültəsinin professorudur.

AzVision.az

Teqlər: