Ermənistan ordusunda daha bir itki

Ermənistan ordusunda daha bir itki
  11 Oktyabr 2016    Oxunub:4683
Ermənistan ordusu Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində itki verib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, oktyabrın 11-də saat 12:10 radələrində Qarabağın şərq istiqamətində yerləşən düşmən hərbi hissələrindən birinin əsgəri 1989-ci il təvəllüdlü Sanasar Mavrik Qriqoryanın meyiti aşkar edilib. Onun ağır güllə yarasından öldüyü bildirilir.

Erməni tərəfinin iddiasına görə, əsgər Azərbaycan snayperi tərəfindən vurulub.

Hazırda Ermənistanın Müdafiə Nazirliyi faktla bağlı araşdırma aparır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti