Həmsədrlər Qarabağ danışıqlarına gəlir

Həmsədrlər Qarabağ danışıqlarına gəlir
  11 Oktyabr 2016    Oxunub:2611
Regiona növbəti səfərləri zamanı ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağa da getməyi planlaşdırır.
AzVision.az-ın məlumatına görə, bunu Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistanın “news.am” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bölgəyə səfər bu ayın sonunda baş tutacaq və həmsədrlər iki ölkənin rəhbərləri ilə görüşəcək: “Bu, Vyana və Sankt-Peterburqa yüksək səviyyədə başlayan danışıqları davam etdirmək və nizamlanma elementlərini müzakirə etmək üçün yaxşı imkandır. Ümid edirik ki, prezidentlər ilk fürsətdə görüşəcəklər. Lakin görüşün tarixi və yeri ilə bağlı hələlik məlumat yoxdur”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti