Lətif Hüseynov Avropa Məhkəməsinin hakimi seçildi

Lətif Hüseynov Avropa Məhkəməsinin hakimi seçildi
  12 Oktyabr 2016    Oxunub:8420
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən plenar sessiyası çərçivəsində Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkiləri keçirilib
AzVision.az xəbər verir ki, Lətif Hüseynov səs çoxluğu ilə Azərbaycan üzrə hakim seçilib.

Avropa İnsan Haqları Konvensiyasının 14-cü Protokoluna əsasən, Lətif Hüseynov mandatı yenilənməməklə bu vəzifəsini 9 il müddətinə icra edəcək. O, bu vəzifəsinin icrasına üç aydan sonra başlayacaq.

Xatırladaq ki, bu vəzifəyə Azərbaycan tərəfindən Kəmalə Abıyevanın, Lətif Hüseynovun və Rövşən İsmayılovun adını namizəd kimi irəli sürülmüşdü. Komitə daha yüksək ixtisaslı namizəd kimi böyük səs çoxluğu ilə Lətif Hüseynovun namizədliyini tövsiyə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti