Millimizdən tarixi rekord - Çexiyadan xal aldıq (VİDEO)

Millimizdən tarixi rekord - Çexiyadan xal aldıq (VİDEO)
  12 Oktyabr 2016    Oxunub:4628
Futbol üzrə Azərbaycan yığma komandası 2018-ci ildə Rusiyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu səfərdə Çexiya millisinə qarşı keçirib.

Çexiyanın Ostrave-Vitkoviçiç şəhərindəki “Metski” stadionunda oynanılan görüşdə hesab açılmayıb. Meydan sahibləri qarşılaşmada üstün oyun nümayiş etdirsələr də, futbolçularımız qapılarını toxunulmaz saxlayaraq, olduqca mühüm olan bir xalı milli komandamızın aktivinə yaza biliblər.

Seçmə mərhələnin üçüncü turundan sonra Azərbaycan milli komandası 7 xalla qrupda Almaniyadan sonra ikinci sırada qərarlaşıb. Hər üç oyunu qələbə ilə başa vuran Almaniya maksimum nəticə ilə qrupda liderlik edir. Şimali İrlandiya yığması 4 xalla üçüncü, Norveç isə 3 xalla dördüncüdür. Qrupun favoritlərindən hesab olunan Çexiya yığması üç oyundan iki xal toplayaraq beşinci sıradadır. Qrupda sonuncu pillədə isə hər üç oyunda məğlub olan San-Marino millisi qərarlaşıb.

Azərbaycan yığması seçmə mərhələ çərçivəsində növbəti oyununu noyabrın 12-də səfərdə Şimali İrlandiya yığmasına qarşı keçirəcək.



AzVision.az


Teqlər:  





Xəbər lenti